BAŞININ MİLÇƏYİNİ QORUMAQ
BAŞININ ÜSTÜNDƏ DURMAQ
OBASTAN VİKİ
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Orqanizmlərin sayı
Orqanimzlərin sayı aşağıdakı kimidir. Vahid sahədə hər hansı bir növün fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s. (gözəyarı və ya nisbi uçot metodları ilə) Növün populyasiyasında və ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hindistanda fillərin sayı və s.) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq). == Orqanimzlərin kütləvi artımı (çoxalması) == Orqanizmlərin hədsiz çoxalması; populyasiyanın sıxlığı məskunlaşdığı yerin həcmini maksimal doldurur. Bu fazada zərərvericilər kənd təsərrüfatına, maldarlığa və insanlara böyük ziyan yetirir.
Sıra sayı
Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir.
Ölü sayı
Ölü sayı (ing. Body count) — müəyyən hadisə zamanı ölənlərin ümumi sayı. Döyüşlərdə ölü sayı, təsdiq olunmuş ölü sayına əsaslansa da, bəzən bu yalnız təxmini hesablama ola bilər. Hərbi döyüşlər ilə birgə, termin həmçinin bir sıra ölümlərin cəlb olunduğu hər hansı vəziyyətdə də istifadə olunur, məsələn, seriyalı qatilin qurbanları.
Bud sümüyü başının bağı
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. == Mənbə == Prof.
Kritik mach sayı
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar. Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi.
Oyunçuların sayı (futbol)
Üçüncü futbol qaydaları meydanda oyunçuların sayını və oyunçuların dəyişdirilmə üsülünü müəyyən edir. == Oyunçuların sayı == Futbolda iki komanda bir biri ilə qarşılaşır və hər biri, qapıçıda daxil olmaqla, 11 oyunçulardan ibarətdir. Hər komandada ən azı 7 oyunçu olmalıdır, əks halda oyun başlaya bilməz. Ehtiyat oyunçuların sayı isə, yarışın reqlamenti müəyyənləşdirir, amma üç-yeddi civarında olmalıdır. == Əvəzləmələrin maksimum sayı == FİFA və ya başqa milli federasiyalarının bayrağı altında keçirilən oyunlarda, maksimal əvəzləmə üçə bərabərdir. Milli liqaların oyunlarında əvəzləmə maksimum altıya qaldırıla bilər Qalan oyunlarda isə iki komanda arasında razılaşmaya əsasən daha çox əvəzləmə etmək olar, amma hakim oyun başlamdan öncə xəbər olunmalıdı. Əgər hakim xəbərdar olmasa və yaxud komandaları ortaq razılaşmaya gələ bilmədilərsə,onda 6 əvəzləmədən artığ əvəzləmə etmək olmaz. Hər bir halda ehtiyat oyunçuların adları oyun öncəsi müəyyən edilməlidir. Əgər oyunçu hakimə verilən siyahıda yoxdursa, o, oyunda iştirak edə bilməz. == Dəyişiklik proseduru == Hakim əvəzləmə haqda bildiriş almalıdır Əvəzləmə ancaq oyun dəyandıqda baş verə bilər və yeni oyunçu meydanın ortasından girməlidir Ehtiyat oyunçu meydana daxil olmağı üçün, əvəz etdiyi futbolçu oyundan çıxmalıdır.
Çaydan dənizə qədər
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Ölkələr üzrə yəhudilərin sayı
Ölkələr üzrə yəhudilərin sayı -
Ölkələrə görə televiziyaların sayı
Bu siyahı dünya ölkələrində olan televiziyaların sayı haqqındadır.
İran türkdilli xalqlarının sayı
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir. İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. == Bölgələr == === Cənubi Azərbaycan === Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
İşıqlar yanana qədər (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. == Süjet == 1998-ci il.
Əvvəldən sona qədər (film, 2009)
Əvvəldən sona qədər (port. Do Começo ao Fim, ing. From Beginning to End) — Braziliya istehsalı olan və 2009-cu ildə nümayiş olunmuş dram filmi. == Məzmun == Analarının ölümündən sonra bir-birlərinə qarşı hiss etdikləri qardaş sevgisinin, sonradan isə məhəbbətə çevrilməsini başa düşən Fransisko və Tomas bundan sonra sərhədləri aşaraq əsl sevgi yaşamağa başlayırlar. == İstehsal == Film ilk dəfə 16 noyabr 2009-cu ildə MixBrasil festivalında nümayiş olunan film həmin ilin 27 noyabrında kinoteatrlarda nümayişə başladı. Əsas çəkilişləri Rio de Janeyroda baş tutan filmin Original Motion Picture Soundtrack adlı musiqi albomu da var. Lakin film Braziliyada yalnız 6 kinoteatrda nümayiş olundu. 26 mayda Seattle Beynəlxalq Film Festivalında, 26 iyunda Frameline Film Festivalı'nda, 15 iyulda isə QFest və Outfest Film Festivalında göstərildi. == Rollarda == Clia Lemmertz — Culieta (ana) Fabio Assunçao — Aleksandra (Tomasın atası) Cin Pierre Noher — Pedro (Fransiskonun atası) Lusi Kardoso — Rouz Mausi Martinez Qabriel Kaufmann — Tomas (6 yaşında) Lukas Kotrim as Fransisko (11 yaşında) Rafael Kardoso — Tomas (20 yaşında) Coao Qabriel Vasconcellos as Francisco (25 yaşında) == İstinadlar == == Xarici keçidlər == Əvvəldən Sona Qədər — Internet Movie Database saytında.
Azərbaycan Respublikası əhalisinin illərə görə sayı
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Nə qədər ki sağam (film, 2012)
== Süjet == Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır. Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir (kitab)
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir — ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun elmi əsəri. Kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyevdir. ISBN 978-9952-37-279-3 == Məzmun == Əjdər Tağıoğlunun “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” elmi əsəri qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən bir elmi əsər kimi dəyərləndirilir. Kitabda işğalçı rus imperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın oğuz-türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla bu fikri darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək bu nəticəyə gəlir ki, tarixdə nə "dünya daşqını" baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, bizim erada "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər. Müəllif araşdırmasında bu nəticəyə gəlir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası ermənilərin "qədim Qafqaz tarixi" qədər mifdir!
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. == Süjet == 1998-ci il.
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər
"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab. Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir. 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır. == Məzmun == Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. == Ümumi xüsusiyyətləri == Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007)
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. == Ümumi xüsusiyyətləri == Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.